Gürcüstanın Azərbaycana borcu dəyişməyib

Bu il noyabrın 1-nə Gürcüstanın Azərbaycana borcu 6, 874 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilir.

Aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməyib.

Sənədə əsasən, Gürcüstanın 5 419 812 milyon dollar məbləğində xarici dövlət borcu var ki, bunun da 5 212 904 milyon dolları hökumətin payına düşüb.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (315, 251 milyon dollar), Fransa (234,091 milyon dollar) və Yaponiya (215,366 milyon dollar) yer alıb.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə dəyişməz qalaraq müvafiq olaraq 13,209 milyon dollar, 53,772 milyon dollar, 7,554 milyon dollara bərabər olub.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları