26 C
Baku
Saturday, July 27, 2024

Gürcüstanın Azərbaycana ixracı 11% azalıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana ixrac olunan məhsulların ümumi dəyəri 364,6 milyon ABŞ dolları təşkil edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.

On ay ərzində Azərbaycan Gürcüstanın ümumi ixracında 13,4% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Çindən sonra 2-ci olub.

Son xəbərlər
Digər xəbərlər