26 C
Baku
Saturday, July 27, 2024

Gürcüstanın Azərbaycana şərab ixracı 28% azalıb

Ötən il Gürcüstan Azərbaycana 585.28 min ABŞ dolları dəyərində 142.01 ton üzüm şərabı ixrac edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

İxrac edilən məhsulun həcmi illik ifadədə 229.37 min dollar və ya 28.1% azalıb, həcmi isə 6.06 ton və ya 4.45% artıb.

2019-cu ildə Gürcüstan Azərbaycana 814.65 min dollar dəyərində 135.95 ton üzüm şərabı ixrac edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər