10 C
Baku
Friday, December 27, 2024

Gürcüstanın Azərbaycanla ticarətdə müsbət saldosu 200 mln. dolları ötüb

2023-cü ildə Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi illik ifadədə 7% artaraq 1 milyard 515,98 milyon ABŞ dollarına çatıb.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Ötən il Gürcüstan Azərbaycandan 653,911 milyon dolları dəyərində mal və məhsullar idxal edib. Bu göstərici 2022-ci illə müqayisədə 2,1% çoxdur. 2023-cü ildə Azərbaycandan idxal Gürcüstanın ümumi idxalının 4,2%-ni təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 28,2% artaraq 862,070 milyon dollara çatıb.

Beləliklə, ötən il Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsində 208,158 milyon dollarlıq müsbət saldosu olub.

Qeyd edək ki, 2022-ci ildə Gürcüstanın Azərbaycanla xarici ticarətdə 32,306 milyon dollarlıq mənfi saldosu olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər