19 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Gürcüstanın azərbaycanlı meri vəzifəsini tərk edəcək

Screen Shot 2021 09 02 at 14.34.20

Gürcüstanın Marneuli rayonunun meri Zaur Darğallı sentyabrda vəzifəsini tərk edəcək.

Buna səbəb onun hakim Gürcü Arzusu Partiyasından parlament seçkilərinə namizəd kimi qatılmasıdır.

Partiyadan qeyd olunub ki, majoritar deputatlığa namizəd olan bəzi yüksək vəzifəli şəxslər avqustun 1-də, digər vəzifəlilər isə seçki kampaniyası başlayan kimi istefa verəcəklər.

Qeyd edək ki, qonşu ölkədə parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. Seçki kampaniyasına isə sentyabrda start veriləcək.

Z.Darğallı deputatlığa Marneuli-Qardabani dairəsi üzrə irəli sürülüb. O, ötən ilin mayından Marneulinin meridir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər