2021-ci il fevralın 1-nə Gürcüstanın Azərbaycana borcu 5.491 milyon ABŞ dollarına bərabər olub.
Banker.az bu barədə Gürcüstan Maliyyə Nazirliyinin açıqladığı hesabata istinadən xəbər verir ki, aylıq müqayisədə Gürcüstanın Azərbaycana borcu dəyişməz qalıb.
Gürcüstanın xarici dövlət borcunun ümumi məbləği 7.8 milyard ABŞ dollarıdır. Bu məbləğin 7.4 milyard ABŞ dolları hökumətin payına düşür.