Bu ilin yanvar-may aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 539 989,4 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 132 125 min dollar və ya 32,4% çoxdur.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin təqdim etdiyi hesabatında bildirilir.
Hesabat dövründə, Gürcüstan Azərbaycandan 315 871,3 min dollarlıq mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 48,8% çoxdur. Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 89,4% artaraq 148 892,8 min dollara bərabər olub.
Nəticədə, cari ilin ilk 5 ayı ərzində Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 91 753,2 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 5,5 dəfə çoxdur.
Belə ki, 2020-ci ilin yanvar-noyabr aylarında Gürcüstanın Azərbaycanla xarici ticarətində 16 760,4 min dollarlıq mənfi saldo qeydə alınıb.