Gürcüstanın baş bankiri: “Bakıdan Tbilisiyə gecə ilə $300 mln. daşındı”

0
Gürcüstanın Milli Bankının sabiq prezidenti Giorgi Kadaqadze

Gürcüstanın Milli Bankının sabiq prezidenti Giorgi Kadaqadze Avqust müharibəsi zamanı Gürcüstan banklarında yaranan gözlənilməz çətin vəziyyətin aradan qaldırılması məqsədi ilə Azərbaycanla həyata keçirilən əməliyyatın detallarını açıqlayıb.

Sabiq prezident 10 avqust 2008-ci il tarixində iki ölkə arasında gecə həyata keçirilən ortaq əməliyyatın Gürcüstanın maliyyə stabilliyi üçün son dərəcə uğurlu nəticələr gətirdiyini bildirib. Bunu 24News.ge saytı xəbər yayır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Avqustun müharibəsindən sonra təbii reaksiya kimi vətəndaşlar kütləvi şəkildə banklardakı depozitlərini götürməyə başladılar. Nəticədə qısa müddətdə böyük valyuta qıtlığı ilə üz-üzə qalan kommersiya bankları Milli Bankın köməyini gözləyirdilər. Təbii ki, Milli Bank olaraq biz kommersiya banklarına bizim valyutamızın az olması barədə heç nə demədik. Onlara əlimizdə kifayət qədər banknot olduğunu və sabah səhər pul götürə biləcəklərini və ictimaiyyətin təşvişinin yatırılması üçün tələb olunan bütün pulları vermələrini dedik. Həmin gecə 300 milyon dollar daşıyan iki inkasator bakıdan yola düşdü və səssiz-sədasızTbilisiyə gəldi.”

Sabiq prezident əməliyyat zamanı gözlənilməz qəzanın baş verdiyini, lakin vicdanlı vətəndaşların səyi nəticəsində aradan qaldırıldığını qeyd edib.

“Tbilisiyə çatmasına 100 km qalmış sərhəddə pulu gətirən maşınlardan biri qəzaya düşdü. Səhər saat 4-də biz boş inkassator göndərdik. Qəza baş verən yerə gedən maşına nəhəng banknotlar yükləndi və təhlükəsiz şəkildə tbilisiyə gətirildi. Bu böyük qəhrəmanlıqdır ki, belə bir vəziyyətdə maaşı 700-800 lari olan sıravi vətəndaşlar gecə saat 4-də bu cür əməliyyat həyata keçirə bilməsi böyük qəhrəmanlıqdır”, deyə G.Kadaqidze bildirib.