27.4 C
Baku
Sunday, July 21, 2024

Gürcüstanın baş naziri: “Azərbaycanla münasibətlərimizdə ehtiyatlı olmalıyıq”

“David Qareci (Keşikçidağ – red.) məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”.

Bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, məsələnin siyasiləşdirilməsi Gürcüstan üçün son dərəcə risklidir: “Biz hamımız məsuliyyətli olmalıyıq. Məsələni siyasiləşdirməkdən çəkinməliyik. Məbədin gələcəyinə münasibətdə və strateji tərəfdaşımız Azərbaycanla münasibətlərimizdə ehtiyatlı olmalıyıq. Hər kəs məsələnin çox həssas olduğunu anlamalıdır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər