Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün Türkiyəyə dövlət səfəri edəcək.
Hökumət başçısı səfər zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçiriləcək. İ.Qaribaşvili və R.T.Ərdoğan mətbuata birgə bəyanatla çıxış edəcəklər.
Gürcüstanın baş naziri səfər çərçivəsində Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbri ziyarət edəcək.
Gürcüstan nümayəndə heyətinə hökumət başçısının müavini, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili, Acarıstan hökumətinin başçısı Tornike Rijvadze və digər rəsmi şəxslər daxildir.