Gürcüstanın baş naziri Georgi Qaxari komandası ilə fikir ayrılıqlarını əsas gətirərək istefa verib.
Banker.az bu barədə “TASS”a istinasən zəbər verir.
“Dünən məhkəmə cənab Nika Meliyanı (müxalifət partiyasının rəhbəri) həbs cəzasına məhkum edib. O, Gürcüstan qanunvericiliyinə hörmət etməyən və 2019-cu il 20 iyun tarixində vətəndaşlarımızı parlamentə basqın etməyə çağıran insandır. Lakin bütün bunlara baxmayaraq, mənim qəti mövqeyim odur ki, qanuni olsa da, bu adamı məhkum etmək qəbuledilməzdir”, – deyə Qaxariya brifinqdə söyləyib.