3 C
Baku
Monday, January 13, 2025

Gürcüstanın Baş naziri prezident seçkilərinin keçirilməsini təsdiqlədi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 14-də ölkədə prezident seçkilərinin keçirilməsini təsdiqləyib.

Bu barədə jurnalistlərə İ.Kobaxidze məlumat verib. O deyib ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar verilib və heç nə dəyişməyib. Konstitusiya ilə səlahiyyət verilmiş bütün orqanlar seçkilərin keçirilməsi üçün səfərbər olunacaqlar.

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının prezidentliyə namizədi Mixail Kavelaşvilidir. Onun sözlərinə görə, hazırkı prezident Salome Zurabişvilinin parlament seçkilərinin nəticələrini tanımaması və yeni parlament seçkilərinə qədər öz səlahiyyətlərindən imtina etməyəcəyi barədə bəyanatının heç bir əsası yoxdur. “Zurabişvilinin səlahiyyət müddəti bitən kimi rezidensiyanı tərk edəcək” – deyə, Baş nazir vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər