3 C
Baku
Saturday, December 14, 2024

Gürcüstanın baş naziri Türkiyə səfirilə regiondakı vəziyyəti müzakirə edib

Gürcüstanın baş naziri Giorgi Qaxariya Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqanla görüşüb.

Bu barədə Gürcüstan hökumətinin Administrasiyasından bildirilib.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq, bölgədəki son hadisələr və iki strateji tərəfdaş ölkə arasında əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə pandemiya ilə mübarizə sahəsində əməkdaşlıq məsələsi də nəzərdən keçirilib. G.Qaxariya pandemiyanın öhdəsindən gəlmək üçün dost və tərəfdaş ölkələrin dəstəyinin əhəmiyyətini vurğulayıb.

Tərəflər həmçinin Gürcüstan və Türkiyənin siyasi və iqtisadi sahələrdə əməkdaşlıq, bölgədə təhlükəsizlik və sabitlik məsələlərinə də toxunublar.

Baş nazir Türkiyə səfirinə iki ölkə arasında strateji tərəfdaşlığın inkişafında göstərdiyi şəxsi səylərə görə təşəkkür edib və qeyd edib ki, Gürcüstan Türkiyənin ölkənin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi güclü dəstəyi yüksək qiymətləndirir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər