26 C
Baku
Saturday, July 27, 2024

Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın böyük oğlu təyinat alıb

Gürcüstanın Almaniyadakı səfirliyinə yeni diplomatik elçi təyin edilib.

Bu vəzifəyə Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın böyük oğlu Konstantin Qamsaxurdiya təyinat alıb.

Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, bu barədə qərar ötən ilin noyabrında qəbul olunub.

XİN-dən qeyd olunub ki, K.Qamsaxurdiyanın Cenevrədə beynəlxalq təşkilatlarda iş təcrübəsi, Almaniya ilə əlaqələri var və buna görə də o, diplomatik elçi vəzifəsinə seçilib.

©Report

Son xəbərlər
Digər xəbərlər