Gürcüstanda noyabrın 28-dən fevralın 1-dək dövlət qulluqçularının 80 %-i distant iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.
O, bütün şirkətlərə əməkdaşlarını mümkün olduğu qədər uzaqdan iş rejiminə keçirməyi tövsiyə edib.
G.Qaxaria növbəti iki ay müddətində 70 yaşdan yuxarı olan şəxsləri ciddi zərurət yaranmayacağı halda evdən çıxmamağa çağırıb.