26 C
Baku
Saturday, July 27, 2024

Gürcüstanın DTX rəisi: “Dmanisidəki insidentlə bağlı saxlanılanlar var”

“Dmanisidə ötən gün baş vermiş insidentlə bağlı olaraq bir neçə şəxs saxlanılıb”.

Bunu Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili Dmanisidə jurnalistlərə açıqlamasında deyib.

O, istinaq tədbirlərinin davam etdirildiyini və qarşıdurma zamanı ağır xəsarət alanlarla bağlı məlumata sahib olmadığını bildirib.

DTX rəisi rayonda hazırkı vəziyyətin sakit olduğunu və tərəflərlə müvafiq işlərin aparıldığını qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər