16 C
Baku
Sunday, October 6, 2024

Gürcüstanın hakim partiyası prezidentin impiçment proseduruna başlayıb

Gürcüstanın hakim partiyası prezident Salome Zurabişvilinin Avropaya səfərinə görə ona qarşı impiçment proseduruna başlayıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Bunu “Gürcü Arzusu” partiyasının lideri İrakli Kobaxidze brifinqdə deyib.

“İmpiçmentin başa çatdırılması üçün 100 deputatın dəstəyi lazımdır və müvafiq olaraq, radikal müxalifətin səsi olmasa, onun heç bir icra perspektivi yoxdur. Lakin buna baxmayaraq, partiyanın siyasi şurasının iclasında biz prezidentə qarşı impiçment prosedurunun başlanmasına qərar verdik”, – Kobaxidze vurğulayıb. Qeyd edək ki, brifinq “Gürcü Arzusu”nun rəsmi “Facebook” səhifəsində yayımlanır.

Gürcüstan konstitusiyasına görə, prezident xarici siyasətdə nümayəndəlik funksiyalarını yalnız hökumətin razılığı ilə həyata keçirir. Bu müddəaya uyğun olaraq, Nazirlər Kabineti Salome Zurabişvilinin rəsmi xarici səfərlərini qadağan edib. Lakin avqustun 31-də xanım Zurabişvili qadağanı pozaraq Almaniyaya və bir sıra digər Avropa dövlətlərinə səfər edib.

Son xəbərlər
Digər xəbərlər