-1 C
Baku
Sunday, December 15, 2024

Gürcüstanın hökumət başçısı karantinin olmayacağını işarə edir

Bu gün, Gürcüstanda koronavorusla əlaqədar Koordinasiya Şurası növbəti iclasını keçirib.

Banker.az xəbər verir ki, iclas Baş Naziri Georgi Qaxarianın iştirakı ilə video-konfrans formasında baş tutub.

İclasda Gürcüstanın son epidemoloji vəziyyət müzakirə olunub.

İclas zamanı qeyd edilib ki, ölkədə panidemiyanın artması ilə bağlı bəzi lokal məhdudiyyətlər qüvvədədir və növbəti strategiya planı müzakirə edilir.

Görüşdə ölkənin Baş Nazir bir daha ümumi ölkə üzrə karantin və ya hər hansı bağlanma olmuyacağını qeyd edib.

İclasda şura üzvləri 9 noyabrdan etibarən qüvvəyə minmiş müxtəlif məhudiyyətlərə nəzarətin gücləndirilməsi barədə qərar qəbul ediblər.

Şura üzvləri maska taxmağın və sosial məsafənin qüvvədə saxlanılmasının önəmini bir daha qeyd ediblər.

Son xəbərlər
Digər xəbərlər