21 C
Baku
Friday, April 26, 2024

Gürcüstanın ilk külək elektrik stansiyası 14 mln. dollara satıldı

Gürcüstanın ilk külək elektrik stansiyası olan “Kartli” hərracda 14,4 mln. ABŞ dollarına satılıb.

Satınalmanı “JSC Georgian Capital” sərmayə qrupuna məxsus olan “Georgian Wind Company” həyata keçirib. Gürcüstan Enerji İnkişaf Fondu və Gürcüstan Neft və Qaz Korporasiyasının elan etdiyi ictimai hərracda ilkin qiymət 14,12 mln. dollar olub.

Qeyd edək ki, 2016-cı ilin dekabrında tamamlanan “Kartli” KES 20,1 MVt gücündədir. Onun illik istehsal gücünün 84,1 mln. kV-s olduğu bildirilib.

©APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər