9 C
Baku
Friday, December 13, 2024

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Azərbaycana gələcək

Yaxın günlərdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, səfər 2 gün davam edəcək. L.Davitaşvili Azərbaycanın Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşlər keçirəcək.

Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

Gürcü naziri səfərdə müavinləri Quran Quramişvili və Romeo Mikautadze, “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direkoru David Peradze və digər rəsmi şəxslər müşayiət edəcəklər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər