3 C
Baku
Saturday, December 14, 2024

Gürcüstanın iri şəhərlərində əlavə məhdudiyyətlərin tətbiqinə qərar verilib

Gürcüstanda hazırkı epidemioloji vəziyyət nəzərə alınmaqla əlavə məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edilib.

Qərara əsasən, noyabrın 9-dan etibarən iri şəhərlərdə – Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Potidə saat 22:00-dan 05:00-dək piyadaların və avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudiyyətlər beynəlxalq yük daşımalarına şamil olunmayacaq.

Adıçəkilən şəhərlərdə uşaq bağçaları da müvəqqəti bağlanacaq, həmçinin ictimai nəqliyyatda sərnişin sıxlığının aradan qaldırılması üçün xüsusi tədbirlər görüləcək.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər