Gürcüstanın ixracı artıb, idxalı isə azalıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 10 mlrd. 367,3 mln. dollar həcmində olub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə bu həcm 0,5% artıb.

Hesabat dövründə Gürcüstanın ixracı illik müqayisədə 10,4% artaraq 3 mlrd. 035,7 mln. dollar, idxalı isə 3,1% azalaraq 7 mlrd. 331,6 mln. dollar təşkil edib.

Bu ilin ilk 10 ayı ərzində qonşu ölkənin ticarət kəsiri 4 mlrd. 295,8 mln. dollara bərabər olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,4% təşkil edib. 

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları