Gürcüstanın kənd təsərrüfatı naziri Azərbaycana səfər edəcək

Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı naziri Otar Şamugiya gələn ayın əvvəlində Azərbaycana səfər edəcək.

Bu barədə nazirlikdən bildirilib.

Nazir mayın 6-da Bakıda keçiriləcək “Kənd təsərrüfatının rəqəmsallaşdırılması” mövzusunda nazirlərin toplantısında iştirak edəcək.

Toplantıya 30-a yaxın ölkənin kənd təsərrüfatı nazirləri qatılacaq.

Nazirlikdən qeyd olunub ki, tədbir Gürcüstan və Azərbaycan arasında ticari əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər