Gürcüstanın keçənilki xarici ticarət dövriyyəsi 12 mlrd dolları ötüb

Ötən il Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 12 mlrd. 834,7 mln. dollar təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

İllik müqayisədə qonşu ölkənin xarici ticarət dövriyyəsi 2,7% artıb.

Hesabat ilində Gürcüstanın ixracı illik müqayisədə 12,4% artaraq 3 mlrd. 771,5 mln. dollar, idxalı isə 0,8% azalaraq 9 mlrd. 063,2 mln. dollara bərabər olub.

2019-cu ildə qonşu ölkənin ticarət kəsiri 5 mlrd. 291,8 mln. dollar olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,2% təşkil edib.

©Report