9 C
Baku
Friday, December 13, 2024

Gürcüstanın Mərkəzi Bankı larinin düşməsinə görə valyuta müdaxiləsinin başladığını elan etdi

Gürcüstanın Milli Bankı larinin daha da aşağı düşməsinə yol verməmək üçün valyuta müdaxilələrinə başlamaq məcburiyyətində olduğunu bildirib.

Qeyd edək ki, milli valyutanın dollara qarşı məzənnəsi 2,97 lariyə düşüb.

Banker.az xəbər verir ki, bunun səbəblərindən biri Rusiya və Gürcüstan arasındakı münasibətlərdə pisləşmə olmuşdur.

20 iyundan bəri larinin dollara qarşı məzənnəsi 2,5% aşağı düşüb.

31 iyulda Gürcüstanın Mərkəzi Bankının verdiyi məlumata görə, milli valyuta inflyasiyanın artmasına səbəb ola biləcək “təhdid” həddinə çatıb. Bank avqust ayının 1-də keçiriləcək valyuta hərracında 40 milyon dollar satmaq niyyətində olduğunu bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər