Azərbaycan bazarını daha bir xarici şirkət tərk etdi.
Banker.az xəbər verir ki, “Vings and Freeman Capital” MMC-nin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı pr. 13A, Xətai İş Mərkəzi 12-ci mərtəbə ünvanına bildirə bilərlər.
Bu şirkət 2009-cu ildə Gürcüstanın Tbilisi şəhərində yaradılıb, 2014-cü ildə isə Azərbaycanda qeydiyyata alınıb.






