21 C
Baku
Friday, October 7, 2022

Gürcüstanın milli poçt operatoru özəlləşdiriləcək

Gürcüstanın milli poçt operatoru “Georgian Post” özəlləşdirməyə çıxarılacaq.

Bu barədə “Georgian Post”un baş direktoru Levan Çikvaidze keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qurumun fəaliyyəti investisiya üçün cəlbedicidir və mərhələli şəkildə özəlləşdirmə prosesi həyata keçiriləcək.

L. Çikvaidze Avropada qismən özəlləşdirilmiş bir sıra milli poçt operatorunun olduğunu və Gürcüstanın da həmin ölkələrin sırasına qoşulacağını deyib. O bildirib ki, özəlləşdirmə nəticəsində Gürcüstan vətəndaşları daha yaxşı xidmət əldə edəcəklər.

Qeyd edək ki, “Georgian Post” 2020-ci ildə 2 524 201 pərakəndə və 3 000 korporativ müştəriyə xidmət göstərib. Hesabat ilində idxal edilən bağlamaların çəkisi 3 mln. kq, ixrac edilənlərin çəkisi isə 286 min kq təşkil edib. 2019-cu ildə şirkətin mal və məhsulların satışından gəlirləri 83,878 mln. lari, xalis mənfəəti 3,826 mln. lari olub. Gürcüstanda 81 xidmət mərkəzi olan “Georgian Post”un 3 000-dən çox işçisi var.

MənbəAPA
Son xəbərlər
Oxşar xəbərlər