29 C
Baku
Thursday, July 18, 2024

Gürcüstanın müdafiə naziri: “Sabit Azərbaycan regionun təhlükəsizliyi üçün həlledici əhəmiyyət kəsb edir”

“İnkişaf etmiş və sabit Azərbaycan regionun təhlükəsizliyi üçün həlledici əhəmiyyət kəsb edir”.

Bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Prezident İlham Əliyevlə ötən gün keçirdiyi görüşdə deyib.

Gürcüstanın Müdafiə Nazirliyinin məlumatına əsasən, nazir Baş nazir İrakli Qaribaşvilinin Cənubi Qafqazda “Dinc Qonşuluq” təşəbbüsü barədə danışıb.

C.Burçuladze Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə dost ölkənin dövlət başçısına minnətdarlığını bildirib.

Görüşdə müdafiə sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlıq formatları müzakirə olunub. Nazir müdafiə sahəsində Gürcüstanın Azərbaycanla münasibətlərinin müsbət dinamikasına diqqət yönəldib və Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığını uğurlu unikal format adlandırıb.

Son xəbərlər
Digər xəbərlər