Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 4,4 min ton neft bitumu idxal edib.
Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.
Hesabat dövründə Azərbaycan qonşu ölkənin neft məhsuluna olan tələbatının 84,6 %-ni təmin edib.
Son iki ayda Gürcüstanın tədarük etdiyi neft bitumunun ümumi həcmi 5,2 min ton təşkil edib ki, bu da illik müqayisədə 2,5 min ton və yaxud 32,5 % azdır.
Birlikdən qeyd olunub ki, bitumun istehlakında azalmaya əsas səbəb COVID-19 pandemiyası və tətbiq edilən məhdudiyyətlər olub. Neft bitumunun idxalında azalma tendensiyası 2020-ci ildə də müşahidə edilib.