Ötən il Gürcüstan 1 623 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.
Banker.az xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru” (ESCO) məlumat yayıb.
İllik müqayisədə ölkənin tədarük etdiyi elektrik enerjisinin həcmində 7,5% artım qeydə alınıb.
Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 68%-i Azərbaycan, 32%-i isə Rusiyanın payına düşüb.
2019-cu ildə Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin həcmi isə 243,4 milyon kilovatt/saat təşkil edib ki, bu da illik müqayisədə 58,7% azdır. İxracın böyük hissəsi 46% olmaqla Türkiyəyə yönəldilib.