Bu ilin yanvar-aprel aylarında Gürcüstan 126.5 milyon ABŞ dolları dəyərində 45.1 milyon ton şərab ixrac edib.
Bu barədə Gürcüstan Milli Şərab Agentliyi məlumat yayıb.
Məlumata görə, ixracın 78.6%-i Rusiyanın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ölkəyə ixracın həm dəyəri, həm də həcmi demək olar ki, iki dəfə artıb.