8 C
Baku
Şənbə, Yanvar 22, 2022

Gürcüstanın səhiyyə naziri istefa verdi

Gürcüstanın məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Yekaterina Tikaradze istefa verib.

O, bu barədə “Gürcü Arzusu” partiyasının brifinqində bildirib.

Eyni zamanda, Tikaradze “Gürcü Arzusu” partiyasında qaldığını bəyan edib.“Biz qərara gəldik ki, mən Gürcüstanın səhiyyə və sosial müdafiə sistemini məhz burada, “Gürcü arzusu” partiyasında gücləndirəcəyəm”, – Tikaradze deyib.

Qeyd edək ki, Y.Tikaradze 2019-cu il iyunun 18-də Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, səhiyyə və sosial müdafiə naziri təyin edilib.

Son xəbərlər
Oxşar xəbərlər