15 C
Baku
Bazar, Oktyabr 24, 2021

Gürcüstanın şərab ixracını artırıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan 53 ölkəyə 75,6 mln. şüşə (0,75 litr) şərab ixrac edib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 11% çoxdur.

Bu barədə Gürcüstan Milli Şərab Agentliyinin hesabatında bildirilib.

Məlumata görə, hesabat dövründə Gürcüstanın şərab ixracında ilk üçlüyünə Rusiya (47 201 598 şüşə), Ukrayna (8 306 807 şüşə) və Çin (6 060 265 şüşə) daxil olub.

Yanvar-oktyabr ayları ərzində ixrac edilən şərabın ümumi dəyəri 195 mln. ABŞ dolları təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 20% çoxdur.

Hesabat dövründə şərab ixracında 302 şirkət iştirak edib.

İxracdan brend gəliri 50,8 mln. dollar (58% artım) təşkil edib.

©APA

Son xəbərlər
Oxşar xəbərlər