14 C
Baku
Monday, January 12, 2026

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili beş il müddətinə azadlıqdan məhrum edilib

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili qanunsuz gəlirlərin leqallaşdırılması işi üzrə beş il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə respublikanın Baş Prokurorluğu “Facebook”da məlumat yayıb.

Prokurorluq Qaribaşvili ilə razılaşma imzalayıb və bu razılaşmaya əsasən, o, Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsi üzrə məhkum edilib. Həmçinin ona 1 milyon lari məbləğində cərimə kəsilib.

Qaribaşvili ilk dəfə 2013-cü ildə Gürcüstanın baş naziri postunu tutub. 30 dekabr 2015-ci ildə istefa verib, 2019-cu ildə isə müdafiə naziri kimi hökumətə qayıdıb. İki ildən sonra Gürcüstan parlamenti onu yenidən baş nazir vəzifəsinə təsdiqləyib. 2024-cü ilin yanvarında siyasətçi bu postu tərk edib. Qısa müddət sonra o, “Gürcü Arzusu” partiyasının sədri seçilib: Qaribaşvili hökumətə rəhbərlik edən İrakli Kobaxidzeni əvəzləyib.

Son xəbərlər
Digər xəbərlər