5 C
Baku
Wednesday, January 15, 2025

Gürcüstanın Seçki Məcəlləsi dəyişdirilir

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər olunacaq.

Bununla əlaqədar hakim Gürcü Arzusu-Demokratik Gürcüstan partiyası yeni qanun layihəsi hazırlayıb.

Yeni layihəyə əsasən Mərkəzi Seçki Komissiyası (MSK) qərarları sadə səs çoxluğu ilə qəbul edə biləcək. MSK üzvlərinin 2/3 səs çoxluğu tələb edən qərarları qəbul olunmazsa, onlar dərhal yenidən səsverməyə çıxarılır və bu dəfə sadə səs çoxluğu ilə qəbul edilə bilər.

Bildirilir ki, bu dəyişikliyin əsas məqsədi MSK-nın işini məhdudlaşdırmaq istəyənlərə qarşı mexanizm yaratmaqdır.

Digər vacib dəyişiklikdə isə beynəlxalq və yerli ekspertlərdən, monitorinq təşkilatlarından ibarət “MSK-nın məsləhət qrupu”nun ləğvi edilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər