10 C
Baku
Thursday, December 12, 2024

Gürcüstanın törəmə şirkəti Tbilisidən Bakıya uçuşların sayını artırıb

Gürcüstanın “Geosky” aviaşirkətinin törəməsi olan “Georgian Wings” loukosteri Tbilisi-Bakı-Tbilisi istiqamətində uçuşların sayını həftədə beş dəfəyə çatdırıb.

Bu barədə aviaşirkətin məlumatında bildirilir.

Məlumatda qeyd edilib ki, yeni cədvələ əsasən, reyslər hər bazar ertəsi, çərşənbə, cümə, şənbə və bazar günləri “ATR-72-500” təyyarələri ilə həyata keçiriləcək.

“Uçuş cədvəli aviaşirkətimiz tərəfindən həyata keçirilən Tbilisi-Batumi-Tbilisi daxili reyslərin cədvəlinə uyğunlaşdırılıb ki, bu, sərnişinə Tbilisi hava limanından tranzit kimi istifadə etmək üçün əlavə imkan yaradır”, – məlumatda deyilir.

Xatırladaq ki, sentyabrın 6-dan aviaşirkət Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə fəaliyyətə başlayıb. Uçuşlar həftədə üç dəfə, hər çərşənbə, cümə və bazar günləri həyata keçirilirdi.

Qeyd edək ki, Tbilisi-Batumi-Tbilisi marşrutu üzrə həftədə 12 reys həyata keçirən “Georgian Wings” 70 sərnişin üçün nəzərdə tutulmuş daha bir İtaliya-Fransa istehsalı olan ATR-72 təyyarəsini əlavə edib. Aviaparkın böyüməsi aviaşirkətə daxili regional reyslərdən əlavə sərnişinlərə yeni istiqamətlər və əlavə reyslər təklif etməyə imkan verir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər