Gürcüstanın turizm gəlirləri azalır – Səbəb Rusiyadır

0
turistlər

Rusiya ilə iyun qalmaqalı Gürcüstan turizminə böyük zərbə vurub. Qonşu ölkənin turizm gəlirləri azalıb.

Son bir ildə 13,3 faiz azalma qeydə alınıb. Statistika 2016-2018-ci illərdə yalnız artım olunduğunu bildirir. Təkcə 2016-cı ildə Gürcüstan turizmdən 2,1 milyard dollar qazanmışdı.

Avqustun 14-də Gürcüstan parlamentinin keçmiş spikeri və “Demokratik hərəkat”ın lideri Nino Burcanadze hökuməti Rusiya ilə qalmaqala görə zərərin həcmini azaltmaqda ittiham etmişdi.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Hökumət 60 milyon dollar deyir. Mənim fikrimcə, azı 10 dəfə azaldırlar. Söhbət 700 milyon dollardan gedir”, – Burcanadze belə deyib.

İqtisadiyyat nazirinin müavini Akakiy Saqiraşvili Gürcüstan aeroportlarında sərnişindaşımanın 10 faiz azaldığını etiraf edib. 60 milyon dollar zərər olmasını isə baş nazir Mamuka Baxtadze dilə gətirmişdi.

©Bizimyol.info