14 C
Baku
Wednesday, April 17, 2024

Gürcüstanın xarici dövlət borcu 22.1 milyard dollara çatıb

Gürcüstanın xarici dövlət borcu artaraq cari ilin birinci rübün sonuna 22.1 milyard ABŞ dolları təşkil edib. Bu da ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalının 110.8 faizinə bərabərdir.

Xarici borcun 6.1 milyard dolları cari ilin birinci rübündə formalaşıb.

Bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Bildirilir ki, Gürcüstanın xalis xarici borcu 13.3 milyard dolları və ya ÜDM-in 67 faizini təşkil edir.

Gürcüstanın xarici borcunun 6,3 milyard dolları və ÜDM-in 31.7 faizi dövlət sektorunun, 5 milyard dollar və ya ÜDM-in 25 bank sektorunun payına düşür.

Gürcüstanın xalis investisiya mövqeyi cari ilin birinci rübündə xeyli yaxşılaşıb və 2021-ci ilin eyni dövrü ilə müqayisədə 63 milyon dollar artıb.

Statistikaya görə, Gürcüstanın investisiya imkanları 81.8 milyard dollar və ÜDM-in 132.4 faizi qədərdir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər