Gürcüstanın xarici dövlət borcu 9 milyard dolları keçib.
Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat verib.
Bu, ötən ilin avqust ayı ilə müqayisədə 43,5 milyon dollar və 2023-cü ilin sentyabrı ilə müqayisədə 581 milyon dollar çoxdur.
Gürcüstanın ən çox borclu olduğu qurumlar:
- Asiya İnkişaf Bankı – 2,4 milyard dollar;
- Dünya Bankı – 2,2 milyard dollar;
- Avropa İnvestisiya Bankı – 1,1 milyard dollar.