24 C
Baku
Friday, July 4, 2025

Gürcüstanın xarici ticarət dövriyyəsi 1,8 faiz azalıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 2020-ci ildə 11,37 milyard ABŞ dolları təşkil edib. Bu da 2019-cu illə müqayisədə 14,8 faiz azdır.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında deyilir.

Bildirilir ki, ötən il Gürcüstanın xarici ticarətində ixracın dəyəri 12 faiz azalaraq 3,34 milyard dollar, idxalın dəyəri isə 15,9 faiz geriləyərək 8 milyard dollar olub.

İl ərzində Gürcüstanın xarici ticarətində 4,66 milyard dollarlıq kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,1 faizə bərabərdir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər