4 C
Baku
Friday, January 23, 2026

Gürcüstanın xarici ticarət dövriyyəsi 22 % artıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi dəyəri 7 484,9 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % çoxdur.

7 ay ərzində qonşu ölkənin ixracının dəyəri 2 milyard 275,6 milyon dollar (+27,8 %), idxalının dəyəri isə 5 milyard 209,3 milyon dollar (+19,3 %) təşkil edib.

Hesabat dövründə xarici ticarətdə 2 933,6 milyon dollarlıq kəsir yaranıb ki, bunun da ümumi dövriyyədəki payı 39,2 % olub.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər