Gürcüstanın xarici ticarət dövriyyəsində $3,3 milyarddan çox mənfi saldo yaranıb

Cari ilin yanvar-avqust aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 8 milyard 126,1 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 0,01 faiz çoxdur.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə Gürcüstanın xarici ticarətində ixrac 12,4 faiz artaraq 2 milyard 411,6 milyon dollar olub. İdxal isə 4,4 faiz azalaraq 5 milyard 714,5 milyon dollar təşkil edib.

Nəticədə Gürcüstanın xarici ticarətin dövriyyəsində 3 milyard 302,9 milyon dollarlıq mənfi saldo yaranıb.