Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan 8,121 milyard ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsinə malik olub.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 14,9% azdır.
Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 12,1% azalaraq 2 404 milyard dollara, idxalının dəyəri isə 15,9% azalaraq 5,718 milyard dollara düşüb.
Son nəticədə xarici ticarətdə 3,314 milyard dollar kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 40,8%-dir.