21 C
Baku
Monday, April 29, 2024

Gürcüstanın xarici ticarət dövriyyəsi 20 faizdən çox artıb

İlin birinci yarısında Gürcüstanın xarici ticarət dövriyyəsi 10,2 milyard ABŞ dollar təşkil edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz çoxdur.

Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə Gürcüstanın xarici ticarətində ixracın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 19,2 faiz artaraq 3,050 milyard dollara çatıb. İdxal isə ötən 20,4 faiz artıb və 7,215 milyard dollar təşkil edib.

Beləliklə, ölkənin xarici ticarətində altı ay ərzində 4,165 milyard dollar həcmində mənfi saldo yaranıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər