Gürcüstanın xarici ticarət dövriyyəsi 2024-cü ildə 23,4 milyard dollar təşkil edib, bu da 2023-cü illə müqayisədə 8 faiz çoxdur.
Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, ötən il Gürcüstanın xarici ticarətində ixracın həcmi 6 560,4 milyon dollar olub ki, bu da 2023-cü illə müqayisədə 7,8 faiz çoxdur. İdxalın həcmi isə 2023-cü illə müqayisədə 8,1 faiz artaraq 16 866,7 milyon dollar olub.
Hesabat dövründə Gürcüstanın xarici ticarətində 10,3 milyard dollar həcmində mənfi ticarət saldosu yaranıb ki, bu da 2023-cü illə müqayisədə 8,3 faiz çoxdur. Məlumat üçün qeyd edək ki, 2023-cü ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 12,5 faiz artaraq 21,5 milyard dollar təşkil edib.