13 C
Baku
Friday, November 22, 2024

Gürcüstanın xarici ticarət dövriyyəsi 3 %-ə yaxın azalıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 6.6 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstan Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 2.7% azdır.

Bu müddət ərzində ölkənin ixracı 1.8 milyard ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin ilk 4 ayının göstəricisi ilə müqayisədə 10.1% azdır.

Bu dövr ərzində Gürcüstanın idxalı isə 0.3% artaraq 4.8 milyard ABŞ dolları dəyərində olub.

İlin ilk dörd ayında ölkənin xarici ticarət dövriyyəsindən mənfi ticarət saldosu 3 milyard ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 7.5% çoxdur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər