7 C
Baku
Sunday, December 15, 2024

Gürcüstanın xarici ticarət dövriyyəsi 35.3 faiz artıb

Cari ilin birinci yarısında Gürcüstanın xarici ticarət dövriyyəsi 10 milyard dolları keçib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 35.3 faiz çoxdur.

Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə ixracın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 36.3 faiz artaraq 3 milyard dollardan çox olub.

İdxalın həcmi isə 34.8 faiz artaraq 7 milyard dolları keçib.

Gürcüstanın xarici ticarətində 4 milyard dollar həcmində mənfi saldo yaranıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər