12 C
Baku
Saturday, November 23, 2024

Gürcüstanın xarici ticarət dövriyyəsi 37 % artıb

Bu ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 6,9 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, dəyərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 37 % artıb.

İlk beş ayda ixracın həcmi 36,2 % artaraq 2,1 milyard ABŞ dolları, idxalın həcmi isə 37,3 % artaraq 4,8 milyard ABŞ dollara bərabər olub.

Son nəticədə xarici ticarətdə 2,7 milyard ABŞ dolları məbləğində kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 39,5 %-dir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər