Bu ilin yanvar-mart ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 4.7 milyard ABŞ dolları təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6.5 faiz azdır.
Bu barədə məlumat Gürcüstan Milli Statistika Xidmətinin hesabatında yer alıb.
Bildirilir ki, hesabat dövründə ölkəyə ötən ilin yanvar-mart aylarına nisbətən 5.3 faiz az – 3.4 milyard dollar dəyərində məhsul idxal olunub.
İxracın həcmi isə 9.3 faiz azalaraq 1.3 milyard dollar təşkil edib.
Beləliklə, Gürcüstanın xarici ticarət dövriyyəsində təxminən 2 milyard dollar həcmində mənfi saldo yaranıb.