13 C
Baku
Friday, November 22, 2024

Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb

Gürcüstanın xarici ticarət dövriyyəsi cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 1.8 faiz azalaraq 10.3 milyard dollar (pərakəndə ticarət dövriyyəsi istisna olmaqla) təşkil edib.

Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, cari ilin altı ayı ərzində ölkəyə 7.5 milyard dollarlıq məhsul idxal edilib ixracın həcmi isə 2.8 milyard dollar təşkil edib. Bu, ötən illə müqayisədə müvafiq olaraq idxalda 0.2 faiz artım, ixracda isə 6.7 faiz azalma deməkdir.

Cari ilin birinci yarısında Gürcüstanın xarici ticarət dövriyyəsində 4.6 milyard dollar mənfi saldo yaranıb ki, bu da ötən illə müqayisədə 4.9 faiz çoxdur.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər